Ukraynanın Vasilkov şəhərində (Kiyev vilayəti) raket zərbəsi nəticəsində neft bazada yanğın başlayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, yanğını şəhərin meri Natalya Balasinoviç təqsdiq edib.
"Hörmətli Vasilkov icması! Baş verən hər şeyi görürsünüz. Yanğını görürsünüz. Təəssüf ki, Krüçkidə neft bazası yanır", - deyə şəhərin meri Natalya Balasinoviç bildirib.
Hazırda yanğın davam edir.
Şahidlər hadisə yerindən sosial şəbəkələrdə videolar paylaşıb.
Milli.Az