“Nə qədər lazımdırsa, mübarizə aparacağıq” - Zelenski

26 Fevral 2022 23:22

"Nə qədər vaxt aparsa da, ölkəni xilas etmək üçün mübarizə aparacağıq".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski yeni videomüraciətində deyib.

O bildirib ki, uşaqlar artıq sığınacaqlarda doğulubsa, şübhəsiz, müharibədə düşmənin şansı yoxdur:

"Ukraynalıların ölkəni müdafiə istəkliliyi işğal ssenarisini pozdu. Ölkə azad olunana qədər mübarizə aparacağıq".

Zelenski ölkəsini tərk etməsi ilə bağlı məlumatı təkzib edib:

"Mən buradayam və silahlarımızı yerə qoymayacağıq. Dövlətimizi qoruyacağıq. Çünki silahımız həqiqətdir. Həqiqətimiz isə bu torpaqlar, ölkə və uşaqlar bizimdir. Biz bütün bunları qoruyacağıq".

Milli.Az