SOCAR Ukraynada benzini pulsuz verəcək

26 Fevral 2022 23:02

"SOCAR Energy Ukraine" Ukraynada təcili tibbi yardım və yanğınsöndürən xidmətinin avtomobillərinə pulsuz yanacaq verəcək.

Milli.Az bildirir ki, bu barədə SOCAR-ın vitse-prezidentinin müavini İbrahim Əhmədov "Facebook" səhifəsində yazıb.

"Ukraynada fəaliyyət göstərən "SOCAR Energy Ukraine" şirkəti, humanizm prinsiplərini rəhbər tutaraq, təcili tibbi yardım və yanğınsöndürən xidmətinin avtomobillərinə pulsuz yanacaq ilə dəstək verəcək", - İ.Əhmədov bildirib.

Milli.Az