Ukraynada virtual ordu yaradılır

26 Fevral 2022 22:27

Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fyodorov ölkədə İT (virtual) ordunun yaradılmağa başladığını bəyan edib.

Milli.Az bildirir ki, nazir açıqlamasında vurğulayıb: "Rəqəmsal sahədə çox istedadalı kibermütəxəssislər, dizaynerlər, kopirayterlər, marketoloqlar, tarqetoloqlar, proqramçılar və s. olan gənclərimiz var. İT ordu yaradırıq. Hamıya tapşırıq tapılacaq. Kibercəbhədə döyüşlər daha da geniş miqyasda olacaq".

Milli.Az