"Bütün istiqamətlərdə hücum!" - Rusiya Ordusuna yeni əmr

26 Fevral 2022 20:34

Rusiya Silahlı Qüvvələri Ukraynaya bütün istiqamətlərdə hücumu inkişaf etdirmək əmri alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov brifinqdə deyib.

"Ukrayna tərəfi danışıqlar prosesindən imtina etdikdən sonra bu gün bütün bölmələrə əməliyyat planına uyğun olaraq bütün istiqamətlərdə hücumu inkişaf etdirmək əmri verilib", - deyə İ.Konaşenkov bildirib.

Milli.Az