Ukrayna dəmir yollarını Rusiyanın dəmir yolları ilə bağlayan dəmiryol qovşaqları partladılıb.
Milli.Az Ukrayna Dəmir Yolları Xidmətinə istinadən bildirir ki, aksiyaları ukraynalı hərbçilər gerçəkləşdiriblər.
Məqsəd Rusiya Silahlı Qüvvələrinin dəmiryolu vasitəsilə Ukraynaya şəxsi heyət, silah-sursat və texnika daşımasının qarşısını almaqdır.
Rusiya bərpa xahişi ilə Ukraynanın müvafiq qurumlarına müraciət etsə də, söyüşlü cavab alıb.
Milli.Az