Rusiya Ordusunun Mərkəzi Hərbi Dairəsinin Oleysk şəhərindəki 35-ci motoatıcı briqadasının tank batalyonunun komandiri mayor Leonid Petroviç Şçetkin əsir götürülüb.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Şimal" Əməliyyat Komandanlığı məlumat yayıb.
"Kazan Hərbi Tank Məktəbinin məzunu. Ailəlidir, iki övladı var. Onun tankı Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulub, möcüzə nəticəsində sağ qalıb", - məlumatda deyilir.
Milli.Az