Tviterdə Xocalı ilə bağlı həşteq dünya trendində birinci olub - FOTO

26 Fevral 2022 19:43

Bu gün tviterdə sosial şəbəkə istifadəçiləri tərəfindən Xocalı soyqırımının dünyaya tanıdılması, "Xocalıya Ədalət" naminə müxtəlif dillərdə (ingilis, rus, alman və fransız) kampaniya keçirilib.

Milli.Az "Report"a istinadən bildirir ki, kampaniya çərçivəsində #JusticeforKhojaly həştəqi dünya trendində 1-ci yer, #HocalıKatliamı isə 5-ci yerdə olub.

Amerika trendində #JusticeforKhojaly 4-cü yer, Fransa trendində 3-cü yer, Kanada trendində isə 2-ci yerdə olub.

Türkiyə trendində isə #HocalıKatliamı 1-ci yer, #HocalıSoykırımı 2-ci yerdə qərarlaşıb.

Paylaşımlarda dövlət rəsmiləri, beynəlxalq təşkilatlar işarələnərək bu soyqırım aktına lazımi siyasi və hüquqi qiymət verilməsi vurğulanıb.

Milli.Az