Fransa Rusiya gəmisini ələ keçirdi

26 Fevral 2022 18:00

Sanksiya siyahısında olan Rusiya şirkətinə məxsus quru yük gəmisinin saxlanıldığı açıqlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiyanın Fransadakı səfirliyinin diplomatları Fransa hakimiyyət orqanlarından məlumat almağa çalışırlar.

Sankt-Peterburqa gedən yük gəmisi son ticarət sanksiyalarından sonra La-Manş boğazında dayandırılıb.

"Fransa dəniz polisi rəsmiləri Ukraynaya hücuma görə Avropa İttifaqının sanksiyaları altında Rusiya şirkətinə məxsus gəmini saxlayıb", - hökumət rəsmisi "Reuters" agentliyinə bildirib.

Rusiyanın "RİA Novosti" xəbər agentliyinin məlumatına görə, Rusiyanın Fransadakı səfirliyi hakimiyyət orqanlarından saxlanılma ilə bağlı izahat istəyib.

Milli.Az