Peskov: Hərbi əməliyyatlar bərpa edildi

26 Fevral 2022 17:24

"Fevralın 25-də Rusiya Prezidenti Vladimir Putin gözlənilən danışıqlardan dolayı Ukraynada qoşunların hərəkətini dayandırmaq əmrini verib".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov söyləyib.

O əlavə edib ki, fevralın 26-da danışıqlar olmadığına görə Rusiya qüvvələrinin plan üzrə əməliyyatları bərpa edilib.

Milli.Az