Rusiyanın mədəniyyət və incəsənət xadimləri: Müharibə dayandırılsın

26 Fevral 2022 14:58

Rusiyanın 2 mindən çox mədəniyyət və incəsənət xadimi müraciət ünvanlayıb.

Milli.Az-ın lent.az-a istinadən məlumatına görə, müraciətdə fevralın 24-də Ukraynaya qarşı başlanmış müharibənin dayandırılması tələb edilir.

"Ukraynadakı müharibə həm ukraynalılar, həm də rusiyalılar üçün faciədir. Bu çoxsayılı insan itkilərinə gətirib çıxaracaq. İqtisadiyamıza, təhlükəsizliyimizə və ölkəmizin beynəlxalq təcridinə səbəb olacaq", - deyə müraciətdə bildirilir.

Milli.Az