Azərbaycan marşı Türkiyə serialında

26 Fevral 2022 15:52

Türkiyənin reytinqli seriallarından biri "Yalnız kurt"un növbəti bölümündə "Nuri Killigil / Qafqaz İslam Ordusu" marşına yer verilib. 

Milli.Az olay-a istinadən xəbər verir ki, ekran işinin ötən gün yayımlanan fraqmentində sözləri Nəriman Həsənzadəyə, bəstəsi Əli Behbudzadəyə məxsus olan marşı Şəmistan Əlizamanlı səsləndirib. 

Sözügedən səhnədə Paşanın Sütlücə fabrikindəki partlayışda şəhid olmasından sonra baş verənlər əks olunub. Hətta kadrlarda bir azərbaycanlı əsgərin çıxışı yer alıb. 

Qeyd edək ki, sözügedən serialda Hasan Deniz Yaran, Kürşat Alnıaçık, Cihan Ünal və Damla Colbay kimi similar rol alır. Ekran işi ATV-də yayımlanır. 

Milli.Az