Ermənistanda yoluxanların sayı 419 mini ötdü

26 Fevral 2022 16:22

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 631 yoluxma halı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 419 423 nəfərə çatıb.

Son 24 saat ərzində ölkədə COVID-19-dan 20 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 8433 nəfərə yüksəlib.

Milli.Az