Xalid Qurbanov vəfat etdi

26 Fevral 2022 11:56

Akademik Xalid Hümbətəli oğlu Qurbanov vəfat edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov məlumat yayıb.

Məlumatda bildirilib ki, kənd təsərrüfatı elmləri doktoru, professor, bir sıra akademiyaların akademiki, alim Xalid Hümbətəli oğlu Qurbanov 84 yaşında dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Milli.Az