Kiyevdə yaşayış binası raketlə vuruldu - VİDEO - FOTO

26 Fevral 2022 10:58

Ukraynanın paytaxtı Kiyevin Julyanı səmtindəki aerodrom və ətrafdakı məhəllələr raket-bomba zərbələrinə məruz qalıb.

Milli.Az Ukrayna mediasına istinadən bildirir ki, Sevastopol meydanında, Lobanovski prospekti, 6a ünvanda yerləşən çoxmərtəbəli yaşayış binası raketlə vurulub.

Raketi Rusiya qoşunları atıblar.

Həlak olanların və yaralıların sayı dəqiqləşdirilir.

Milli.Az