"Facebook" Rusiya dövlət mediasına sosial şəbəkələrdə reklam yerləşdirməyi və pul qazanmağı qadağan edib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Facebook"un təhlükəsizlik siyasətinin rəhbəri Nataniel Qleyxer "Twitter" hesabında bildirib.
"Biz Rusiya dövlət mediasını da etiketləməyə davam edirik. Bu dəyişikliklər artıq həyata keçirilməyə başlanılıb və davam edəcək" , deyə o əlavə edib.
Qeyd edək ki, bundan əvvəl "Roskomnadzor" fevralın 25-dən Rusiyada "Facebook"a girişin məhdudlaşdırıldığını bildirib. Fevralın 24-də "Facebook" Rusiyanın dörd media orqanının rəsmi hesablarını məhdudlaşdırıb. Bunlar "Zvezda" telekanalı, RİA Novosti, lenta.ru və gazeta.ru xəbər saytlarıdır.
Milli.Az