“Hazırda döyüşlər başa çatır" - mer

26 Fevral 2022 09:54

"Kiyev vilayətinin Vasilkov şəhərinə bütün gecə boyu davam edən həmlələr Ukrayna Silahlı Qüvvələrinin qələbəsi ilə başa çatıb".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu şəhərin meri Natalya Balasinoviç söyləyib.

"Hazırda döyüşlər başa çatır. Demək olar, Vasilkovda sakitlikdir və bizim qorxunc gecəmiz geridə qalıb", - mer vurğulayıb.

Milli.Az