Peskovun qızından müharibəyə reaksiya - FOTO

26 Fevral 2022 10:44

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun qızı Liza Peskova ölkəsinin Ukraynada apardığı hərbi əmliyyatlara qarşı çıxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, "Instagram"da "#no war" heşteqi ilə müharibəyə son qoymağa çağırış edib.

Maraqlıdır ki, post sosial şəbəkədə bir saata yaxın görünüb və tezliklə silinib.

Milli.Az