Kiyevdə küçə döyüşləri başlayıb

26 Fevral 2022 08:24

Ukraynanın paytaxtı Kiyevdə küçə döyüşləri başlayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Kiyevin Şevçenkovskiy rayonu ərazisində, o cümlədən "Beresteyska" və "Şulyavska" metrostansiyaları yaxınlığında, "Pobeda" prospektində ağır döyüşlər gedir.

Döyüşlər getdikcə şiddətlənir. Qeyd edilir ki, "Beresteyska" yaxınlığındakı körpü partladılıb. Rusiya hərbçiləri "Şulyavska" metrostansiyası yaxınlığında hücuma keçiblər.

Milli.Az