Bakıda 30 yaşlı kişi intihara cəhd edib

26 Fevral 2022 08:14

Bakıda 30 yaşlı kişi intihara cəhd edib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Hövsan qəsəbəsində 1992-ci il təvəllüdlü Cahangirov Valeh Vidadi oğlu yaşadığı mənzildə çəkiclə özünə xəsarət yetirib.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol alın- təpə nahiyəsinin yumşaq toxumalarının əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az