Kiyev ətrafında Rusiyanın desant təyyarəsi vurulub, 100 nəfərdən çox ölən var

26 Fevral 2022 07:28

Ukrayna Silahlı Qüvvələri Belaya Serkov yaxınlığında Rusiya ordusuna məxsus İL-76 hərbi-nəqliyyat təyyarəsini vurub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna SQ-nin Baş Komandanlığı məlumat yayıb.

Komandanlıqdan bildirilib ki, Belarus istiqamətində qalxdığı təxmin edilən təyyarədə 100-dən çox desantçıın olduğu ehtimal edilir.

Təyyarənin Vasilkovo həndəvərinə düşdüyü bildirilir.

"2014-cü ildə Luqanskdakı hadisələrə görə qisasımızdır", - Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin açıqlamasında deyilir.

Milli.Az