BMT-nin Baş katibi Antonio Quterreş Ukrayna üzrə humanitar koordinator təyin edib
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu vəzifəyə Amin Avad təyin olunub.
"Ukraynada humanitar ehtiyac hər saat artır. Yüz mindən çox ukraynalı öz evlərini tərk edib" - deyə Baş katib Təhlükəsizlik şurasının iclasında bildirib.
Quterreş bildirib ki, Amin Avad BMT-nin Ukraynada fəaliyyətini koordinasiya edəcək.
Milli.Az