Polşa, Çexiya və Bolqarıstandan Rusiyaya QADAĞA

26 Fevral 2022 08:18

Fevralın 25-də Polşa, Çexiya və Bolqarıstan fevralın 26-dan hava məkanlarını Rusiya təyyarələrinə qadağan etdiklərini bildirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qərar yerli vaxtla 00.00-da qüvvəyə minib. Çexiyanın nəqliyyat naziri Martin Kupka sosial media hesabında bildirib ki, hər 3 ölkədə yeni gün başladığı üçün qərar qüvvəyə minib.

Qərara əsasən Rusiyaya məxsus mülki təyyarələrin hər 3 ölkənin hava məkanına daxil olması, həmçinin Bolqarıstanın ərazi sularının üzərində uçması qadağan edilir.

Milli.Az