Aİ-dən Rusiyaya daha bir CƏZA

26 Fevral 2022 08:53

Avropa İttifaqı fevralın 28-dən etibarən Rusiya ilə sadələşdirilmiş viza rejimini dondurmağa qərar verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qərar Aİ-nin Rəsmi Jurnalında dərc olunub.

Qərarda göstərilir ki, sadələşdirilmiş viza rejimi diplomatlara, nümayəndə heyətlərinə və məmurlara tətbiq edilirdi. 1 martdan etibarən onlar adi qaydada viza almalı olacaqlar.

Milli.Az