Kanada Putinə və Lavrova sanksiya tətbiq edir

26 Fevral 2022 08:33

Kanada hökuməti Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova və Baş qərargah rəisi Sergey Gerasimova sanksiya tətbiq etməyə qərar verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu baş nazir Castin Trüdo mətbuat konfransında bildirib.

Hökumət başçısı həmçinin Belarus Prezidenti Aleksandr Lukaşenkoya da sanksiya tətbiq ediləcəyini deyib.

Milli.Az