«Çelsi» Anelka ilə müqaviləni uzadır

6 May 2010 15:13
Britaniya mətbuatının yazdığına görə, klub ona yeni 2 illik müqavilə təklif edib. Komanda rəhbərliyi mövsümün sonunda fransızın Londondan ayrıla biləcəyindən ehtiyatlandığı üçün belə edib. "Artıq yeni müqavilənin şərtləri 99,5% razılaşdırılıb. Nikola daha 2 il "Stemford Bric"də qalacaq", - deyə klub nümayəndələrindən biri bildirib.

Qeyd edək ki, Anelkanın "Çelsi" ilə qüvvədə olan müqaviləsinin müddəti gələn ilin iyununda başa çatacaq.
 
Milli.Az