Ömrü və gəncliyi uzatmaq üçün qəhvənizə bunları qatın

26 Fevral 2022 19:05

Qəhvə çox içildikdə fəsadlar versə də, sağlamlıq üçün olduqca faydalıdır.

Onu qaydasında içdikdə gəncliyi uzatmaq da olar.

Milli.Az medicina.az-a istinadən bildirir ki, dietoloq Trista Best sağlam qəhvənin hazırlanma qaydasını açıqlayıb.

Qəhvəyə sirop, şirə, şəkər və qaymaq əlavə etməkdən çəkinin. Əvəzinə ona bal və darçın atın.

Süd qatmaq da faydalı deyil, o laktoza dözümsüzlüyü və allergik səpkilər verir.

Milli.Az