"Rusiyanın müstəqil bir xalqın suverenliyini heçə sayaraq, qanunsuz müdaxiləsini ən kəskin şəkildə pisləyirəm".
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Türkiyənin "Baykar Makine" şirkətinin texniki direktoru Selçuk Bayraktar Tvitterdə yazıb.
"İşğala müqavimət göstərən türk qardaşlarımızın vətəni Krım və Ukraynanı dəstəkləyirəm", - o qeyd edib.
"Dünyada baş verənlər açıq şəkildə göstərir ki, milli texnologiya ilə güclü və müstəqil müdafiə sənayesi xalqlar üçün həyati əhəmiyyət kəsb edir. Tam müstəqil, güclü və firavan Türkiyənin yeganə yolu Milli Texnologiyanın inkişafıdır", - o əlavə edib.
Milli.Az