Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə gəlməsi onun Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməsi üçün deyildir.
Milli.Az APA-ya istinadən bildirir ki, bunu Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu NTV kanalına müsahibəsində deyib.
O qeyd edib ki, Putin Türkiyəyə səfəri iki ölkə arasındaki Zirvə Toplantısı ilə bağlıdir. Rusiya və Ukrayna liderlərinin görüşünə dair danışıqlar da bu çərçivədə müzakirə oluna bilər.
Milli.Az