Ukrayna Quru Qoşunları: “Sutka ərzində mindən çox Rusiya hərbçisi öldürülüb”

25 Fevral 2022 17:52

Sutka ərzində Ukrayna Silahlı Qüvvələri mindən artıq Rusiya hərbçisini öldürüb.

Bu barədə Ukraynanın Quru Qoşunları komandanlığı məlumat yayıb.

"Bu gün Rusiya Federasiyası qoşunlarının hərbçiləri arasında itkiləri mindən artıqdır", - deyə qurumdan bildirilib.

Qeyd olunub ki, Rusiya Federasiyasının mövcud olduğu dövrdə qoşunları heç vaxt heç bir silahlı münaqişədə belə zaman kəsiyində bu qədər itki verməyib.

Milli.Az