“Rusiyaya qarşı döyüşməyəcəyik” - Britaniya müdafiə naziri

25 Fevral 2022 17:34

"Britaniya qoşunları Rusiyaya qarşı döyüşməyəcək".

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles BBC-yə müsahibəsində bildirib.

O, bunun Avropa müharibəsinə səbəb olacağını, buna görə də Böyük Britaniya qoşunlarının Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya göndərilməyəcəyini təsdiqləyib.

"Ukrayna NATO-ya daxil deyil, Böyük Britaniya əsgərlərinə hücum alyansa hücum kimi qiymətləndiriləcək", - nazir qeyd edib.

Milli.Az