Rusiya Ordusu Kiyev yaxınlığındakı Qostomel aerodromunu nəzarətə alarkən itki verməyib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Ukraynada davam edən hərbi əməliyyatla bağlı açıqlamasında deyib.
Nazirlik Kiyevin qərb istiqamətindən mühasirəyə alındığını, Çerniqov şəhərinin isə tam mühasirə vəziyyətində olduğunu bildirib.
Rusiya Müdafiə Nazirliyi Ukrayna vətəndaşlarına müraciət edərək Kiyevin yaşayış sahələrinə zərbələr endirməyəcəyini açıqlayıb.
Milli.Az