Konfrans Liqasında da PÜŞK ATILDI - "Qarabağ"ı udanlar bir-biri ilə düşdülər

25 Fevral 2022 16:20

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Milli.Az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində keçirildi.

Bu raundda iştirak edəcək komandalar 2 qrupa bölünüblər. Qrup qalibləri səpələnmişlər, pley-off mərhələsindən gələnlər isə səpələnməmişlər səbətində yer alıblar. 1/8 finalda eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola bilməz. Öz qruplarını ilk sırada başa vurmuş kollektivlər cavab görüşlərini evdə keçirəcəklər.

UEFA Konfrans Liqası
1/8 final

"Marsel" (Fransa) - "Bazel" (İsveçrə)

"Lester" (İngiltərə) - "Renn" (Fransa)

PAOK (Yunanıstan) - "Gent" (Belçika)

"Vitess" (Niderland) - "Roma" (İtaliya)

PSV (Niderland) - "Kopenhagen" (Danimarka)

"Slaviya" Praqa (Çexiya) - LASK (Avstriya)

"Bodo Qlimt" (Norveç) - AZ (Niderland)

"Partizan" (Serbiya) - "Feyenoord" (Niderland)

Səpələnmişlər: AZ (Niderland), "Bazel" (İsveçrə), "Kopenhagen" (Danimarka), "Feyenoord" (Niderland), "Gent" (Belçika), LASK (Avstriya), "Renn" (Fransa), "Roma" (İtaliya)

Səpələnməmişlər: "Bodo Qlimt" (Norveç), "Lester" (İngiltərə), "Marsel" (Fransa), PAOK (Yunanıstan), "Partizan" (Serbiya), PSV (Niderland), "Slaviya" Praqa (Çexiya), "Vitess" (Niderland)

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk matçları martın 10-da, cavab qarşılaşmaları isə martın 17-də oynanılacaq.

Milli.Az