"Ukraynada qohumlarım var, ürəyim parçalanır" - Dihaj

25 Fevral 2022 20:42

"Avroviziya" təmsilçilərimizdən olan Diana Hacıyeva (Dihaj) Rusiya qoşunlarının Ukraynaya hücumu ilə bağlı paylaşım edib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Mariupol şəhərində doğulduğunu qeyd edən Dihaj bunları yazıb:

"Ailəmin bütün Ukrayna ərazisində dostları və qohumları var. Anamın Brovarıdan olan dostları səhərdən bomba sığınacağındadır. Mənim ürəyim parçalanır. Yenidən bu dəhşətli müharibə əzabını hiss edirəm. Bu fəlakəti dayandırmaq lazımdır".

Milli.Az