Rusiya qoşunları zərbə aldı, geri çəkildi - FOTO

25 Fevral 2022 11:26

Ukraynanın Silahlı Qüvvələri Çerniqov şəhərinin yaxınlığında Rusiyanın zirehli-tank və motoatıcı birliklərinə ağır zərbələr vurublar.

Milli.Az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı Facebook səhifəsində yazıb.

"Çerniqov istiqamətində və bilavasitə Çerniqov şəhərinin yaxınlığında hərbçilərimiz müdafiəni qoruyub saxlaya biliblər. Onlar Rusiya qoşunlarının hücumunun qarşısını alıblar. Düşmən texnikası Çerniqovdan Sednyova, Qorodnidən isə Semyonov tərəfə geri çəkilməyə məcbur olub", - V.Zalujnı bildirib.

O, Ukrayna hərbçilərinin qənimət qismində Rusiyanın hərbi texnikasını ələ keçirdiyini bəyan edib.

Milli.Az