Ukraynanın Derqaç və Peçeneq şəhərləri uğrunda ağır döyüşlər gedir

25 Fevral 2022 09:52

Ukrayna Ordusu və yerli ərazi batalyonları Rusiya Ordusu ilə Xarkov vilayətində ağır döyüşlər aparır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Xarkov vilayət administrasiyasının sədri Oleq Sinequbov açıqlama verib.

O, vilayətin Peçeneq və Derqaç şəhərləri uğrunda döyüşlərin davam etdiyini söyləyib.

Sinequbov döyüşlərdə 7 hərbçinin yaralandığını əlavə edib.

Milli.Az