Bu gün Gökçenin toyudur

25 Fevral 2022 19:48

Musiqiçi sevgilisi Emir Ersoy ilə evlənəcək olan aktrisa Gökçe Bahadır açıqlama verib. 

Milli.Az olay-a istinadən xəbər verir ki, o, Etilerdə görüntülənib. Jurnalistlərin suallarını cavablandıran sənətçi çox həyəcanlı olduğunu söyləyib:

"Gəlinlik libasım hazırdır. Alaçatıda ailələrimizin və sevdiklərimizin də qatılacağı bir qış toyu olacaq".

Milli.Az