"Ukraynanın hər yerində qorxu, iztirab və terror görürük" - Quttereş

25 Fevral 2022 09:06

Ukraynada mülki əhalinin müdafiəsi bir nömrəli prioritet olmalıdır.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu BMT Baş katibi Antonio Quterreş "Twitter"də bildirib.

"Ölənlərin sayının artması ilə Ukraynanın hər yerində qorxu, iztirab və terror görüntülərini görürük.

Mülki əhalinin müdafiəsi bir nömrəli prioritet olmalıdır.

"Beynəlxalq humanitar və insan haqları hüququ qorunmalıdır", - deyə BMT Baş katibi qeyd edib.

Milli.Az