Yüz milyondan çox smartfonda təhlükəsizlik problemi aşkarlanıb - MODELLƏRİN SİYAHISI

25 Fevral 2022 18:24

İsrailin Tel-Əviv Universitetinin tədqiqatçıları bildiriblər ki, "Galaxy" seruyasından olan S8, S9, S10, S20 və S21 smartfonları kriptoqrafik açarları düzgün saxlamır və bu, hakerlərin smartfonun yaddaşında saxlanılan məlumatları, o cümlədən məxfi məlumatları asanlıqla oğurlamasına imkan verir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, problemlər aşkar edildikdən az sonra "Samsung" tərəfindən artıq aradan qaldırılıb. Bununla belə, istifadəçilərə mütəmadi olaraq təzə yeniləmələri yoxlamaq və onları quraşdırmaq tövsiyə olunur.

Milli.Az