Rusiyanın hərbi təyyarəsi qəzaya uğradı

24 Fevral 2022 23:32

Rusiyanıni Hava-Kosmik Qüvvələrinin An-26 hərbi-nəqliyyat təyyarəsi Voronej vilayətində qəzaya uğrayıb.

Milli.Az Rusiya mediasına istinadən bildirir ki, ilkin informasiyaya görə, qəzanın səbəbi texniki nasazlıqdır.

Qəzada təyyarənin heyəti həlak olub.

Milli.Az