Rusiya Ukraynada sıradan çıxardığı hərbi obyektlərin sayını açıqladı

24 Fevral 2022 22:26

Rusiya silahlı qüvvələrinin endirdiyi zərbələr nəticəsində Ukraynanın hərbi infrastrukturunun 83 yerüstü obyekti sıradan çıxarılıb.

Milli.Az xəbər verir ki, bu barədə rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

"Ukraynanın yeni itkiləri bunlardır: 83 yerüstü hərbi obyekt, 2 Su-27, 2 Su-24, 1 helikopter, 4 "Bayraktar" PUA-sı, 11 aerodrom,  3 komanda məntəqəsi, 1 dəniz baza məntəqəsi, 18 radar stansiyası", - nazirliyin məlumatında bildirilir.

Milli.Az