18 illik ərindən boşandı

25 Fevral 2022 03:46

"Yeşilçam" ulduzu Müge Akyamaç 18 illik evliliyini sonlandırıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa həyat yoldaşı Sedat Uğurdan boşanıb. Cütlüyün hansı səbəbdən ayrıldığı isə məlum deyil.

Qeyd edək ki, M.Akyamaç "Milyarder", "Gurbetçi Şaban", "Şaban Pabucu yarım" kimi sevilən filmlərdə rol alıb.

Milli.Az