Türkiyə Rusiyaya sanksiya tətbiq edəcək? - AKP sözçüsündən AÇIQLAMA

25 Fevral 2022 02:34

Türkiyənin Ukraynanın ərazi bütövlüyünü pozduğuna görə Rusiyaya qarşı sanksiya tətbiq edilməsi müzakirə olunmur.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə AK Parti sözçüsü Ömər Çelik jurnalistlərin sualına cavab olaraq deyib.

"Amma bu döyüşlər indi bütün Ukraynaya yayılacaqmı? Harada dayanacaq? Bunlar da bəlli olmalıdır", - Çelik vurğulayıb.

O əlavə edib ki, buna baxmayaraq, Türkiyə qətiyyətli şəkildə Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir və işğalı qəbul etmir.

Milli.Az