Çempionlar Liqasının finalı ilə bağlı qərar verildi

24 Fevral 2022 17:48

Bu gün UEFA İcraiyyə Komitəsinin növbədənkənar iclası keçirilib.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, Avropanın ali futbol qurumu mayın 28-də Sankt-Peterburqda oynanılacaq Çempionlar Liqası finalının köçürülməsinə qərar verib.

UEFA Rusiyanın qarşılaşmaya ev sahibliyi etmək hüququnu əlindən alıb.

Bu addım Ukraynadakı gərgin vəziyyətlə bağlı atılıb.

Milli.Az