Gürcüstan Ukraynaya hücumu pislədi

24 Fevral 2022 12:54

Suveren ölkə olan Ukraynaya hücum qəbuledilməzdir.

Milli.Az APA-ya istinadən bildirir ki, Gürcüstan Baş naziri İrakli Qaribaşvili özünün "Twitter" hesabındakı paylaşımında belə üryd edib.

"Biz Ukraynanın yanındayıq. Suveren ölkəyə hərbi hücum qəbuledilməzdir. Biz beynəlxalq ictimaiyyəti beynəlxalq hüququn Rusiya tərəfindən açıq şəkildə pozulmasını dayandırmaq və vəziyyətin daha da gərginləşməsindən qaçmaq üçün mümkün olan bütün tədbirləri görməyə çağırırıq" - deyə Baş nazir bildirib.

Milli.Az