Gürcüstanda koronavirusadan ölənlərin sayı 16 mini ötdü

24 Fevral 2022 19:12

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 8 455 yoluxma halı qeydə alınıb, 41 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 584 454, ölənlərin sayı isə 16 022 nəfərə çatıb.

Virusa yoluxanlardan 1 447 969 nəfərin sağaldığı bildirilib.

Milli.Az