Ukrayna Türkiyədən kömək istədi

24 Fevral 2022 10:42

Ukrayna Türkiyəni ölkəyə öz dəstəyini göstərməyə çağırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Türkiyədəki səfirliyi öz rəsmi tviter hesabında paylaşıb.

"Rusiya Federasiyası Ukraynaya qarşı müharibə başladıb. Ukraynanın dinc şəhərləri bombalanır. Strateji tərəfdaşımız Türkiyəni və dost türk xalqını bu çətin vaxtda bizi dəstəkləməyə çağırırıq", - deyə səfirlik qeyd edib.

Milli.Az