ABŞ-ın sanksiyası Almaniyanın keçmiş kanslerinə şamil edilmir

24 Fevral 2022 08:48

ABŞ Prezidenti Co Baydenin elan etdiyi Şimal Axını-2 layihəsinin tikintisini aparan "Nord Stream 2 AG" şirkətinə qarşı sanksiya Almaniyanın keçmiş kansleri Gerhard Şröderə şamil edilmir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Şröder "Nord Stream 2 AG" şirkətinin səhmdarlar komitəsinə rəhbərlik edir.

Milli.Az