ABŞ və Rusiya hərbçiləri arasında kommunikasiya kəsilməyib

24 Fevral 2022 08:38

ABŞ hərbçiləri rus həmkarları ilə rabitə kanallarını açıq saxlayırlar və bunu bağlamağa əsas görmürlər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Pentaqonun nümayəndəsi Con Kirbi məlumat verib.

"Biz kommunikasiya xətlərinin bağlanması üçün bir əlamət görmürük" - deyə Kirbi vurğulayıb. O, 2 ölkənin müdafiə nazirlərinin bu yaxınlarda əlaqə saxladıqlarını da qeyd edib.

Milli.Az