“Ukraynaya müharibə lazım deyil” - Zelenski

24 Fevral 2022 08:18

Ukrayna Prezidenti Volodimir Zelenski ukraynalılara və rusiyalılara müraciət edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, dövlət başçısının çıxışının ilk hissəsi Ukrayna dilində olub. Daha sonra o, çıxışına rusca davam edib.

"Hər bir cəmiyyəti və fərdin təhlükəsiz yaşamaq hüququ var. Bu bizim üçün vacibdir. Bu dünya üçün vacibdir. Dəqiq bilirəm ki, bu sizin üçün də vacibdir. Biz dəqiq bilirik: bizə müharibə lazım deyil - nə soyuq, nə qaynar, nə də hibrid" - deyə Zelenski vurğulayıb.

Milli.Az